"Fransa hakimiyyəti Livanda nəzərdə tutulan müddətə, sentyabrın ortalarınadək hökumətin formalaşdırılmamasından təəssüflənir".

“Report” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

“Ancaq hələ gec deyil. Biz təyin olunan baş nazir Mustafa Adibini ölkəni ağır böhrandan çıxarmaq üçün hökuməti formalaşdırmağa çağırırıq. Biz hadisələrin gedişini izləyir, Livanın siyasi liderləri ilə təmasda hökumətin formalaşmasının vacibliyini vurğulayırıq”, - Fransa prezidenti sarayının mətbuat xidməti məlumat yayıb.

Avqustun 4-də Livanın paytaxtı Beyrutdakı partlayışdan sonra Emmanuel Makron bu ölkəyə iki dəfə səfər edib. Onun iki başlıca hədəfi olub: livanlılar arasında koordinasiyaya yardım və yaranmış siyasi böhrandan çıxış.

Yeni təyin olunan baş nazir Mustafa Adibi ölkənin bütün siyasi qüvvələr dəstəkləmişdi. Bununla belə, hökumətin formalaşdırılması üçün məsləhətləşmə iki həftədən artıqdır sürür.  

.