Fransa Prezidenti Emmanuel Makronla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə BFM telekanalı Fransa prezidentinin ətrafına istinadən məlumat paylaşıb.

Bildirilib ki, bu, Makronun iyunun 16-da Kiyevə səfərindən sonra hər iki lider arasında ilk telefon danışığı olub.

Məlumata görə, söhbət zamanı diqqət yetirilən məsələlərdən biri Ukraynanın Odessa limanı vasitəsilə taxıl ixracı olub.

.