Fransada təhlükəsizlik əməkdaşları ölkə prezidenti Emmanuel Makrona hücum planlaşdıran 6 nəfəri saxlayıblar.

Saxlanılanların radikal görüşlü şəxslər olduğu bildirilir.

Məlumata görə, xüsusi əməliyyatlar İzer, İl-Vilen və Mozel departamentlərində keçirilib.

Hazırda saxlanılan şəxslərlə bağlı araşdırma aparılır.
.