Fransa prezidenti Emmanuel Makron və Almaniyanın gələcək kansleri Fridrix Merts Parisdə keçirilən görüşdə ölkələr arasında münasibətlərdə yeni səhifənin açılması barədə razılığa gəliblər.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, bu, Xristian-Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) blokunun Bundestaq seçkilərində qələbəsindən sonra Mertsin ilk səfəri olub.

“Tərəflər bir sıra birgə təşəbbüslərə başlamaq barədə razılığa gəliblər”, – məlumatda bildirilib.

.