Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampı qlobal idxal tariflərinin tətbiqinə dair qərarını geri çəkməyə çağırıb.

Yenizaman xəbər verir ki, Makron bunu Misirə səfəri zamanı "Le Parisien"ə müsahibəsində bildirib.

“Avropa heç vaxt xaos istəməyib”, - Fransa dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Trampın Avropa İttifaqından idxal olunan mallara 20% vergi tətbiq etməsi gözlənilir.

.