Fransa Prezidenti Emmanuel Makron ötən gün Rusiya lideri Vladimir Putinlə görüşü zamanı Ukrayna ətrafında gərginliyin azaldılmasına nail olduğunu söyləyib.

O, bu barədə BFMTV telekanalına açıqlamasında bildirib.

“Eskalasiyanı dayandırmaq və yeni imkanlar açmaq vacib idi. Hədəfə nail olduq”, - Makron deyib.

Makron Fransanın dünyada nüfuzunun artdığını da əlavə edib.

.