Martın 27-də Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkə liderlərinin görüşü baş tutacaq.

Bunu Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günü başa çatdıqdan sonra jurnalistlərə deyib.

“Gələn cümə axşamı Parisdə Ukraynaya kömək etmək istəyənlərin sammitini keçirəcəyik”, - Makron qeyd edib.

.