Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən iğtişaşlarla əlaqədar Almaniyaya səfərini təxirə salıb.
Bu barədə Almaniya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün Fransa Prezidenti almaniyalı həmkarı Frank Valter Ştaynmayerə zəng edərək ölkəsindəki vəziyyət barədə onu məlumatlandırıb.
"Prezident Makron Almaniyaya planlaşdırılan dövlət səfərini təxirə salmağı xahiş edib. Federal Prezident səfərin təxirə düşməsindən təəssüflənir və qonşu ölkədəki vəziyyəti tam başa düşür. Federal Prezident baş verənləri diqqətlə izləyir. O, ümid edir ki, küçələrdə zorakılıq ən qısa zamanda sona çatacaq və sosial sülh bərpa olunacaq", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Makronun Almaniyaya səfəri iyulun 2-4-nə planlaşdırılmışdı.
.
