Amerikanın 7 ştatından olan senatorlar Con Makkeynin başçılığı altında cümə axşamı günü Ukraynaya səfər edəcək. Paytaxt Kiyevə gələcək amerikalı senatorlar Ukraynada baş verənləri öz gözləri ilə görəcəklər.
Senator Con Makkeyn Ukraynaya həmkarları ilə birgə gedəcəyini təsdiqləsə də, onların adlarını açıqlamayıb. Lakin KİV-lər Kiyevə yola düşəcək senatorların Con Barasso, Riçard Durbin, Cef Fleyk, Con Xouen, Kristofer Merfi, Şeldon Vatxaus və Ron Conson olduğunu irəli sürüb.
Buna qədər senatorlar Makkeyn və Merfi aksiyalar zamanı "Maydan"da nümayişçilər qarşısında çıxış etmişdilər.
.