İsrail illərdir Fələstin torpaqlarını işğal edir.

Bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas BMT Baş Assambleyasının 80-ci sessiyasında videobağlantı ilə çıxışı zamanı bildirib.

O qeyd edib ki, Qəzza Fələstinin ayrılmaz hissəsidir.

“Fələstin xalqı işğal altında sağ qalmaq üçün mübarizə aparır. Qəzzada iki milyon fələstinli aclığa məhkum edilib”, - Fələstin Prezidenti vurğulayıb.

HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar

HAMAS-ın Fələstini idarə etmək üçün gələcəyi yoxdur və o, silahı yerə qoymalıdır.

Bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas BMT Baş Assambleyasının 80-ci sessiyasında videobağlantı ilə çıxışında deyib.

Mahmud Abbas Fələstin xalqının çəkdiyi əzablara baxmayaraq, 7 oktyabrda HAMAS-ın törətdiyi əməlləri qınadıqlarını diqqətə çatdırıb.

“Mülki insanlara qarşı yönəlmiş hərəkətlər, girov götürmələr, bütün bunlar Fələstinə aid deyil”, - o vurğulayıb.

BMT-ni fəaliyyətsizlikdə qınayan Mahmud Abbas qeyd edib ki, indiyədək 1000-ə yaxın qətnamə qəbul olunub və onların heç biri icra edilməyib.

Qəzza zolağının Fələstin Dövlətinin ayrılmaz hissəsi olduğunu vurğulayan Mahmud Abbas həmin ərazidə idarəçilik və təhlükəsizlik üçün məsuliyyəti tam öz üzərlərinə götürməyə hazır olduqlarını bəyan edib.

“HAMAS və digər fraksiyalar silahlarını bizə təhvil verməlidirlər. Biz silahlı dövlət istəmirik”, - o əlavə edib.

.