Mahir Məmmədov AFFA İcraiyyə Komitəsinin yeni heyətində yer almayacaq.

Funksioner bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti də olan Mahir Məmmədov bu vəzifədən getmək fikrində olduğunu söyləyib: "Ölkədə şahmatın səviyyəsinin artmasını, işlərimizin vacibliyini nəzərə alaraq bu qərara gəldim. Bütün ictimai işimi bu sahəyə yönəltmək, cəmləşdirmək niyyətindəyəm".

Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransının martda keçirilməsi planlaşdırılır.

.