Son günlər "Qarabağ" komandasının yarımmüdafiəçisi Mahir Mədətovun Türkiyənin "Beşiktaş" klubuna transferi ilə bağlı iddialar səngimək bilmir.

Komandanın baş məşqçisi Qurban Qurbanov Publika.az-a açıqlamasında bu iddialara aydınlıq gətirib:

"Mahir Mədətovun transferi ilə bağlı hər hansı rəsmi müraciət qəbul etməmişik. Bu məsələ gündəmimizdə deyil".

Q.Qurbanov illərdir planlaşdırılan və hələ də baş tutmayan "Beşiktaş"la yoldaşlıq oyunu məsələsinə də aydınlıq gətirib:

"Antaliyada təlim-məşq toplanışları zamanı "Beşiktaş"la yoldaşlıq oyunu keçirmək planımızda yoxdur. Çünki hazırda onların çempionat oyunları var və proqramları doludur. Azarkeşlərin istəyini nəzərə alıb, yaxın zamanda bu haqda yenidən düşünəcəyik".
.