Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" klubunun futbolçusu Mahir Emreli martda yaşıl meydanlara qayıda bilər.
Bu barədə "Slobodnadalmacija" nəşri məlumat yayıb.
Bildirilib ki, Zaqreb təmsilçisində 26 yaşlı hücumçu ilə yanaşı, Dino Periç, Marko Roq və Luka Stoykoviç mərhələli şəkildə martda sıraya dönəcəklər.
Amma klubun həkimlərinin proqnozları çox təmkinlidir. Onların fikrincə, oyunçuların mümkün qayıdışı çempionatın sonuna qədər də çəkə bilər. Sadeq Moharrami və Lukas Kacavendanın cari mövsüm oynamayacağı dəqiqdir.
Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində zədələnib.
.