“Çox şadam ki, “Dinamo” ilə müqavilə bağlamışam. Bu, daim Xorvatiyada çempionluq titulu qazanan və avrokuboklarda oynayan klubdur”.

Bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

Zaqreb “Dinamo”suna keçən 25 yaşlı hücumçu klubun rəsmi saytına açıqlama verib: “Xüsusilə də son illərdə keyfiyyətli oyun nümayiş etdirir. Son bir neçə mövsümdə bir sıra tarixi uğurlara imza atan klub Xorvatiya və ölkə xaricində nüfuza malikdir. Komanda həqiqətən də səviyyəyə malikdir və heyətində yaxşı peşəkarlar var. Bu, ciddi klubdur. İnanıram ki, öz oyunum, səylərim nəticəsində komandanın gələcək nəticələrində pay sahibi olacam. Titulu qoruyacağımıza və yazda “Dinamo”nu Avropada layiqincə təmsil edəcəyimizə inanıram. Bu, futbol klubunda artıq, Zaqrebin və Xorvatiyanın rəmzidir. Böyük sayda azarkeşləri olan komanda Xorvatiya və Avropada xüsusi çəkiyə malikdir”.

Qeyd edək ki, Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

.