İtaliyanın Kalabriya vilayətində mafiya başçısının 11 yaşlı oğlu atasını və bütün klan üzvlərini polisə ələ verib. Kalabriyada uzun illərdir fəaliyyət göstərən Ndraqante mafiya klanının bütün üzvləri İtaliya polisi tərəfindən həbs olunub. Hazırda adı dəyişdirilərək polis tərəfindən qorunan 11 yaşlı uşaq atasının bütün gizli görüşlərində iştirak edib. Məhz onun şahid ifadələri Ndraqante klanının tamailə çökdürülməsinə yol açıb.
Bundan başqa, mafiya bosunun oğlu vilayətdə cinayətkarları himayə edən məmurların və hüquq-mühafizə orqanlarının da adını çəkib.(modern.az)
.
