Macarıstanda aprelin 3-də keçirilən və baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim partiyanın qalib gəldiyi parlament seçkilərinin yekun nəticələri elan edilib.

Ölkənin Ali Məhkəməsi səsvermədən sonra gələn yeganə şikayəti rədd edib.

Macarıstanın Milli Seçki Komissiyası (MSK) birmandatlı dairələr və partiya siyahıları üzrə seçkilərin nəticələrini təsdiqləyib. Onlarla razılaşmadığını ancaq poçtla göndərilən bülletenlərin yenidən yoxlanılmasını tələb edən müxalif millətçi “Bizim Vətən” partiyası bildirib. Məhkəmə iclasında partiyanın şikayətini əsassız hesab edib və Macarıstanın Milli Seçki Komissiyasının qərarı qanuni qüvvəyə minib.

Nəticələrə əsasən Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim "Fides - Macarıstan Vətəndaş Birliyi" partiyası 199 deputat mandatından 135-ni əldə ediblər.

Orbanın rəhbərlik etdiyi partiya Ukrayna ərazisindəki münaqişəyə müdaxilə etməmək mövqeyini müdafiə edərək, "Sülh və Təhlükəsizlik" şüarı altında seçki kampaniyası keçirib. Macarıstan hökuməti Rusiyanın qonşu ölkəyə qarşı hərəkətlərini pisləyib və Aİ-nin sanksiyalarını dəstəkləyib, lakin Ukrayna ordusuna silah verməkdən imtina edib və ərazisindən onların daşınmasına icazə verməyib.

.