Macarıstan hökuməti Ukraynaya “Drujba” boru kəməri ilə neft nəqlini bərpa etmək və boruya baxış keçirməyə icazə vermək üçün üç gün möhlət verib.

Bu barədə “RBK-Ukraine” Macarıstan Energetika Nazirliyinin dövlət katibi Qabor Çepekə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna hökumətinə üç gün ərzində boru kəmərinin işini bərpa etmək və “Brody” stansiyasının yoxlanışına icazə vermək tələbini ehtiva edən məktub göndərilib.

.