Bu gün Ukrayna-Rusiya müharibəsi Avropa İttifaqının öz müharibəsi elan edilib.

Bunu Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bildirib.

Viktor Orban deyib ki, macarlar Türk dünyasının sülhsevərliyini təqdir edir: “Biz sizinlə bir arada, sülhsevərlər düşərgəsində olmaqdan şərəf duyuruq”.

Macarıstan Azərbaycanla təkcə dost deyil, həm də strateji tərəfdaşdır

“Azərbaycan xalqını və Prezident İlham Əliyevi əmin etmək istəyirəm ki, biz təkcə dost deyilik, həm də strateji tərəfdaşıq”.

Bunu Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bildirib.

Viktior Orban Macarıstanda Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Türk dövlətləri arasında səmərəli əməkdaşlıq olduğunu vurğulayıb: “Prezident İlham Əliyevə dəvətə görə bir daha təşəkkür edirəm”.

Avropada çatışmayan inkişaf, qarşılıqlı hörmət TDT-də var

Avropadan fərqli olaraq burada müharibə, qeyri-qanuni miqrasiya, ailə dəyərlərini sıxışdıran nələrsə yoxdur.

Bunu Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bildirib.

Viktor Orban deyib ki, Avropada çatışmayan inkişaf, qarşılıqlı hörmətdir: “Bunlar burada var. Bu gün burada güclü liderlər toplaşıb”.

.