Macarıstan İsrail və Almaniya şirkətləri ilə birgə döyüş dronları istehsalı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban ölkənin cənub-qərbindəki Zalaegerszeq şəhərində yeni zavodun açılış mərasimində çıxış edərkən bildirib.
Orban İsrailin “UVision” şirkətini müdafiə texnologiyaları istehsalçısı adlandırıb, alman şirkətinin adını isə açıqlamayıb.
Zavod Almaniyanın “Rheinmetall” hərbi-texniki şirkətinə məxsusdur və onun 49 faizlik payı Macarıstan dövlətinə məxsusdur.
.
