“Ukraynada uzun sürən müharibə və Brüsselin uğursuz sanksiyaları nəticəsində bütün Avropada enerji böhranı yaranmaqdadır”.

Bunu Macarıstanın xarici işlər və ticarət məsələləri üzrə naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, indi əsas sual artıq təbii qazın qiyməti deyil, qış üçün kifayət qədər qazın olub-olmayacağıdır.

XİN rəhbəri vurğulayıb ki, hökumətin məqsədi Macarıstanın bu böhranda istisna olmasıdır və buna görə də hökumət yeni addımlar atıb.

Siyarto əlavə edib ki, o, bu gün Brüsseldə həmin addımları elan edəcək.

.