Ukraynanın Luqansk və Donetsk şəhərlərində barrikada quran narazı kütlə hökumətin ultimatum şərtlərini məqbul saymayıb. Bu barədə ictimaiyyətə Luqansk şəhəri Koordinasiya Şurasının üzvü Aleksey Çmulenko məlumat verib. O, bildirib ki, nümayişçilərin təslim olmaq və mübarizələrini dayandırmaq kimi fikirləri yoxdur.
Aleksey Çmulenko mövzu ilə bağlı daha sonra bunları deyib: "Bütün qüvvələr vətənpərvər ruhiyyədədir. Biz öz mövqemizdə qətiyik. Geriyə qayıtmaq kimi yolumuz yoxdur. Nümayişçilərin təşkil olunan əməliyyata müqavimət göstərməyə gücü çatacaq. Bunu etmək üçün kifayət qədər su, ərzaq və silahımız var."
.
