Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərinin Polşa sərhədlərinə doğru irəliləməsi ilə bağlı rəsmi Varşavanın bəyanatına cavab verib

O bildirib ki, “Vaqner”in yüz nəfərlik dəstəsinin Belarus-Polşa sərhədinə yerləşdirilməsi barədə məlumat həqiqəti əks etdirmir.

“Brest və Qrodno (Belarusun şəhərləridir-red.) yerləşdirilənlər isə döyüş təcrübələrini briqadalara ötürürülər”, - dövlət başçısı söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl A.Lukaşenko “Vaqner”in Qərbə doğru getmək istədiyini bildirmişdi. Dövlət başçısının sözlərinə görə, onlar Polşada Qərbin hərbi texnikasını məhv etmək istəyirlər: “Onların ovqatı çox pisdir".

.