Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Qərb dünyadakı gərginliyin dərəcəsini azaltmaq üçün Rusiya ilə danışıqlar aparmalıdır. 

 Lukaşenko bu barədə jurnalistlərə bildirib. 

"Siz texnoloji cəhətdən güclüsünüz, Fransa nüvə dövlətidir, Almaniya güclüdür. Bəli, çıxın, Rusiya ilə razılaşın. Rusiya buna hazırdır. Və burada güclü bir mərkəz yaradın. Çin, Avropa İttifaqı ilə birlikdə Rusiya, biz və Amerika. Xeyr, bacarmırlar. Həm obyektiv, həm də subyektiv səbəblərdən", deyə Lukaşenko vurğulayıb. 

Onun fikrincə, Qərb sanksiyaları onların təşəbbüskarları üçün böyük problemlərə çevrilib. 

"Orada heç kim iqtisadiyyatla məşğul deyil, heç kim düşünmür", deyə Belarus lideri vurğulayıb. 

Lukaşenko qeyd edib ki, Avropa İttifaqı artıq Rusiyaya qarşı altıncı sanksiyalar paketini qəbul edib.

"Artıq altıncı paketə çatıblar. Bunu başa düşən bəziləri məsələn, Macarıstanın baş naziri, dayanıb düşünür ki, "biz nə etmişik, dayanmalıyıq, çünki sabah biz tamamilə çökəcəyik. Baxın, bir il, sonra hər şey çökəcək", deyə Lukaşenko əlavə edib. 

Prezident sanksiyalarla əlaqədar ABŞ-da ərzaq problemlərinin kəskinləşdiyinə də diqqət çəkib.

"Biz amerikalılara uşaq qidası ilə təminatda kömək etməyə hazırıq. Bunu media vasitəsilə hər bir amerikalıya çatdıra bilərsiniz. Bizdə yaxşı süd, uşaqlar üçün yaxşı ət məhsulları, konservlər, süd məhsulları var. İstəsələr, sabahdan, çatdırılmalara başlayacağıq", deyə Lukaşenko bildirib.

.