Belarus lideri Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin Ukrayna dövlət başçısı Vladimir Zelenskiyə tam məqbul sayıla biləcək sülh variantı təklif etdiyini bildirib.

BelTA xəbər verir ki, o, eyni zamanda, Belarus ərazisinə son həftədə Ukraynadan 2 dəfə “Toçka-U” raketinin atıldığını qeyd edib.

Lukaşenko Ukraynanın Belarusa qarşı eskalasiyanı davam etdirəcəyi təqdirdə, buna cavab verəcəklərini vurğulayıb.

O əlavə edib ki, Zelenski Putinlə razılıq əldə etməsə, kapitulyasiya aktını imzalamalı olacaq.

.