Gəncləri kilsəyə qovmaq lazım deyil.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko yerli dini xadimlərlə görüş zamanı deyib.

Lukaşenko gənclər arasında dini məlumatlandırmanın vacib olduğunu bildirsə də, onların kilsəyə getməyə vadar edilməsini düzgün saymır.

“Heç kəsi qovmaq lazım deyil, amma kilsədə elə şərait yaratmaq lazımdır ki, gənclər ora gəlsinlər. Axı biz onları dəyişdirə bilməyəcəyik. Ona görə də haradasa bir az uyğunlaşmaq lazımdır ki, insanlar bizim olsun, kilsədə olsunlar”,- deyə Lukaşenko bildirib.

.