Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukraynadakı xüsusi hərbi əməliyyatlarda iştirak etdiyini deyib.

TASS-ın xəbərinə görə, Aleksandr Lukaşenko qeyd edib ki, buna baxmayaraq onun ölkəsinin hərbçiləri heç kəsi öldürmür.

“Onların vəzifəsi Polşa, Litva və Latviya zərbələrindən qorumaq və münaqişənin ölkə ərazisinə keçməsinin qarşısını almaqdır”, - o deyib.

Prezident bir daha vurğulayıb ki, heç kəs Belarus ərazisindən ruslara atəş aça bilməyəcək.

.