Belarus istənilən təxribatın qarşısını almaq üçün bütün imkanlara malikdir.

Yenizaman-ın BELTA-ya istinadən xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi təhlükəsizlik məsələlərinə dair müşavirədə bildirib.

“Biz Belarusa qarşı istənilən təhlükənin qarşısını almağa tam hazırıq. Belə başa düşürəm ki, mümkün təxribatların - mən “hücum” və ya “zərbə” sözlərindən istifadə etmək istəmirəm -qarşısını almaq üçün bütün imkanlarımız var”, - Lukaşenko vurğulayıb.

.