"Qərbin cəfəngiyyata bənzəyən sanksiyalarından Rusiyanın ehtiyat etməsinə gərək yoxdur." "İTAR-TASS" agentliyinin verdiyi məlumata görə, bu sözləri Kaluqa vilayətinin qubarnatoru Anatoli Artomonovla görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib. O, əlavə edib ki, Qərbin sanksiyaları sayıqlamaq, axmaqlıq və cəfəngiyyata bənzəyir.
Aleksandr Lukaşenko daha sonra bildirib ki, Avropa hazırda heç nəyə qadir deyil və biz bunun üzərindən keçməliyik: "Belarus xalqı sanksiyaların nə olduğunu hamıdan yaxşı bilir. Çünki iki ildir ki, bu sanksiylara məruz qalıb. Rusiyaya tətbiq olunacaq sanksiayalar xalqlar arasında əlaqəni daha da dərinləşdirəcək. Əgər lazım gəlsə, biz Rusiyanın əvəzinə Ukraynada işləyəcəyik. Rusiyaya gərək olsa ki, biz dünyanın 39-na gedək, bunu həyata keçirəcəyik."
.