“Atletiko”nun hücumçusu Luis Suares karyerasını ABŞ-da davam etdirəcək.

Uruqvay millisinin forvardı “İnter Mayami”yə keçməyə razılıq verib.

35 yaşlı futbolçunun madridlilərlə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, o, MLS klubuna azad agent kimi keçəcək. Suares əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin klubu ilə 2 illik sözləşməni razılaşdırıb.

Qeyd edək ki, Luis Suares bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 13 qol, 2 assistlə yadda qalıb.

.