"Azərlotereya” ASC keçən il üçün hesabat təqdim edib. Hesabata görə, Azərbaycanın lotereya operatoru 2013-cü ildə dövlətə dividend şəklində 1 milyon manat pul köçürüb.
ABC.az xəbər verir ki, operatorun verdiyi məlumata əsasən, bundan başqa dövlətə vergi və digər rüsum şəklində 982,395 min manat vəsait köçürülüb. 2013-cü ildə operatorun gəlirləri 31,956 milyon manat, xərci isə 31,667 milyon manat olub. Vergilərin ödənməsinə qədər gəlir 2,637 milyon manat, təmiz gəlir isə 2,110 milyon manatdan ibarət olub.
"Azərlotereya” ASC-nin aktivləri keçən il üçün 4,916 milyondan 5,725 milyon manatadək artıb, bura nağd pul ehtiyatının 2,053 milyondan 2,342 milyon manatadək artması da daxildir.
Operatorun kapitalı 2,119 milyondan 3,128 milyon manatadək artıb.
.