Londonda "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasında baş verən yanğında azı 50 nəfər xəsarət alıb, bir neçə nəfər həlak olub.
Bu barədə Londonun yanğınsöndürmə briqadasının komissarı Deni Kotton bildirib.
O, yanğını hələ də söndürə bilmədiklərinə görə, ölənlərin dəqiq sayının bilinmədiyini qeyd edib.
"29 ildir yanğınsöndürən işləyirəm, həyatım boyunca belə miqyasda yanğın görməmişdim. Çox böyük yanğındır", - D.Kotton vuirğulayıb.
Şahidlərin sözlərinə görə, yanan binada hələ də insanlar var.
