Lixtenşteyn hakimiyyəti Çex Respublikasının bir hissəsinə (ölkənin indiki ərazisinin on qatına bərabər) iddia qaldırıb.

“Financial Times”ın məlumatına görə, bununla bağlı hökumət Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.

Knyazlıq Beneş fərmanları əsasında İkinci Dünya Müharibəsindən sonra Çexoslovakiya tərəfindən müsadirə edilmiş torpaqları geri almaq niyyətindədir. Sənədlərdə Lixtenşteyn knyazları nasist rejiminin əməkdaşları adlandırıldı.

Lixtenşteynin Xarici İşlər naziri Katrin Eggenberger, torpaqların ilhaq edilməsinin suverenlik mövzularına təsir etdiyinə görə hələ də knyazlıq üçün həll edilməmiş bir mövzu olaraq qaldığını vurğuladı. Onun sözlərinə görə, ölkə nə qədər kiçik olsa, onun hüquqlarını müdafiə etmək bir o qədər vacibdir və kompensasiya olmadan müsadirə qəbuledilməzdir.

Öz növbəsində, Çexiyanın Xarici İşlər Nazirinin müavini Martin Smolek AİHM-in şikayəti qəbul edə bilməyəcəyini söyləyib, çünki hadisələr Avropa İnsan Hüquqları Konvensiyasının qəbul edilməsindən əvvəl baş verib. O, AİHM-in əvvəllər belə məsələlərlə məşğul olmadığını xatırladıb.

Çex Respublikası və Lixtenşteyn arasında iki min kvadrat kilometrdən çox əraziyə aid mübahisə 70 ildən çoxdur davam edir. Ölkələr arasında diplomatik münasibətlər yalnız 2009-cu ildə qurulub.

.