Liviya Nümayəndələr Məclisi yeni hökumətə etimad göstərib.

“Anadolu” agentliyi verdiyi xəbərə görə, Nümayəndələr Məclisinin 133 üzvündən 132 nəfəri Baş nazir Əbdülhəmid Dibeybenin rəhbərlik etdiyi və 26 nazirin yer aldığı hökumət kabinetinə etimad göstərib, 1 nəfər isə bitərəf qalıb.

Nümayəndələr Məclisinin sədri Akile Salih bildirib ki, məclisin hökumətə etimadı BMT-nin yol xəritəsində göstərilən seçkilərə qədər qüvvədədir.

Əbdülhəmid Dibeybe isə qeyd edib ki, bir daha müharibə olmayacaq və dövlət parçalanmayacaq.

Qeyd edək ki, BMT-nin yol xəritəsinə görə, Liviyada seçkilər 24 dekabr 2021-ci ilə qədər keçirilməlidir.

.