Litva Ukraynaya növbəti hərbi yardım paketini elan edib.
Bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukraynanın Müstəqillik Günü ilə bağlı ayrılan hərbi yardımın ümumi həcmi 41 milyon avro dəyərindədir.
Hərbi yarım paketinə “Carl Gustaf” döyüş sursatı, tüfənglər, dəniz müşahidə radarları, 5,56 mm-lik sursat, generatorlar, dron əleyhinə vasitələr, həmçinin NASAMS raket sistemləri daxildir.
Xatırladaq ki, Litva prezidenti Gitanas Nauseda avqustun 23-də Kiyevə səfəri zamanı ölkəsinin Ukraynaya NASAMS zenit-raket kompleksinin əlavə buraxılış qurğularını təhvil verəcəyini bildirmişdi.
.
