Vilnüs Kiyevlə hərbi əməkdaşlıq çərçivəsində silah istehsalı üzrə birgə müəssisə yaratmaq və Litvada Ukrayna texnoloji xətlərini qurmaq niyyətindədir.
Bunu Litvanın müdafiə naziri Laurinas Kasçyunas jurnalistlərə açıqlamasında deyib.
"Palyanitsa" uzaqmənzilli raket-dronları kimi sistemlərin istehsalının Litvada təşkili üçün birgə müəssisənin yaradılmasını modelləşdiririk. Digər imkanlar da nəzərdən keçirilir", - o bildirib.
Nazir qeyd edib ki, söhbət zavodların inşasından getmir.
"İdeya Ukraynadan istehsal xətlərinin Litvaya, artıq fəaliyyət göstərən müəssisələrə köçürülməsindən ibarətdir", - L.Kasçyunas qeyd edib.
Xatırladaq ki, sentyabrda Vilnüs "Palyanitsa" da daxil olmaqla, Ukraynanın uzaqmənzilli silahlarının inkişafına 10 milyon avro sərmayə qoymaq planını təsdiqləyib.
.