Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarının tarixinə düşüb.
35 yaşlı hücumçu bir mundialda 3 matçda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalan ilk futbolçu olub.
Təcrübəli forvard bu uğura Meksika ilə qrup oyununda (2:0), Niderlandla 1/4 final matçında (2:2, penaltilər seriyasında 4:3) və Xorvatiya ilə yarımfinal qarşılaşmasında (3:0) imza atıb.
Qeyd edək ki, Argentina millisi dekabrın 18-də keçiriləcək finalda Fransa - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.
.