ABŞ yığması Qətərdə keçiriləcək dünya çempionatı üçün heyətini açıqlayıb.

Siyahıda diqqətçəkən ad var.

Əfsanəvi liberiyalı hücumçu Corc Veanın oğlu Timoti Vea da ABŞ millisinin mundiala yollanacaq heyətində yer alıb. “Qızıl top”u qazanan yeganə afrikalı futbolçu olan Corc Vea 2018-ci ildən Liberiya prezidentidir.

Qeyd edək ki, ABŞ yığması DÇ-2022-nin qrup mərhələsində İngiltərə, İran və Uelslə qarşılaşacaq.

.