Leyla Şıxlinskayanın klinikası nəzərinizə çatdırır ki, klinika respublikada ilk özəl tibb müəssisəsi olub,15 ildən artıqdır ki, ölkə vətəndaşlarına qabaqcıl tibbi təcrübə və ən yeni metodologiyanın tətbiqi ilə xidmət göstərir. Professional işçi heyətimiz sizin qazetinizdə dərc olunan məqaləyə aydınlıq gətirmək ücün aşağıdakı məlumatı diqqətinizə çatdırır.
12.01.2015 tarixində gecə vaxtı bizim klinikamızda baş vermiş hadisə ilə əlaqədar Sizin "Novoya Vremya” qazetində dərc edilmiş məqaləyə aydınlıq gətirmək istərdik.
Hamilə N 24 yaşlı L.Şıxlinskayanın klinikasına 19.12.2014 tarixində "27-28 həftəlik hamiləlik” diaqnozu ilə qeydiyyata götürülmüşdür.
12.01.2015 tarixdə saat 22:00 radələrində qəflətən baş vermiş ağrılar və qanaxma ilə əlaqədar qadın müalicə həkiminə (Qədirova N.B) müraciət etmişdir və müalicə həkimi tərəfindən klinikaya göndərilmişdir.
Daxil olarkən saat 22:45-də xəstəyə "30-31 həftəlik hamiləlik.Normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılmaslı.Qanaxma.Ölü döl”diaqnozu qoyulmuşdur və qadının həyatını xilas etmək məqsədi ilə hamiləliyi kesariyyə kəsiyyi ilə başa çatdırmaq qərara alınmışdır.
12.01.2015 tarixdə saat 23:12-də çəkisi 1,400.0 ölü uşaq xaric olmuşdur.Ümumi qan itkisi təxmini 1 litr olmuşdur.Xəstəyə qan əvəzedicilər,plazma və s. məhlullar köçürülmüşdür və qadının vəziyyəti stabilləşmişdir.
Uşağın ölü doğulma xəbərini eşidən qohumlar özlərini qeyri-odekvat aparmış və klinikanın giriş qapılarının şüşələrini sındırmışlar.Tərəfimizdən çağırılmış Xətai Rayonu polis əməkdaşlarının iştirakı ilə xəstənin yaxınlarını sakitləşdirmək mümkün olmuşdur.
Səhəri gün klinikaya dəymiş maddi ziyan qohumlar tərəfindən ödənilmişdir.
P.S Zahılıq dövründə qadında fəsadlaşma olmamışdır.Qadın kafi vəziyyətdə doğuşdan 4 gün sonra evə yazılmışdır.
"Nord-Star” şirkətinin direktoru: t.f.d.Əli-zadə.S.M
(Leyla Şıxlinskayanın klinikası)

