
Virtualaz.org saytı bildirir ki, bunu APA-ya müsahibəsində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov deyib.
Uşaq evləri, internat məktəbləri və kimsəsiz uşaqlarla bağlı Fondun gördüyü işlərdən danışarkən A.Ələkbərov vurğulayıb ki, məhz bu
qarşılıqlı münasibətin nəticəsidir ki, fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza
ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb: "Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız
anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb
sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”..