
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi ola bilər.
Bu barədə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov modern.az saytına açıqlamasında məlumat verib.
Siyavuş Novruzov bildirib ki, YAP-da Leyla Əliyevanın namizəd olması ilə bağlı yekdil fikir var. Onun sözlərinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə xaricdə Azərbaycan haqqında aparılan təbliğat, "Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayıb: "Amerikanın 20-dən artıq ştatı Xocalı soyqırımını tanıyıb. Bundan başqa, bütün müsəlman ölkələri Ermənistanın Xocalıda soyqırımı törətdiyini qəbul edib. Bütün bunlar Leyla Əliyevanın xidmətləridir. Belə bir gəncin millət vəkili olaraq Azərbaycanı xaricdə təmsil etməsi çox önəmli məsələdir”.olunub.
.