“Mayın 1-dən bu günə qədər Xarici İşlər Nazirliyinin qaynar xətlərinə 664 telefon zəngi daxil olub və cavablandırılıb”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
L. Abdullayeva deyib ki, vətəndaşlara mümkün qədər olduqları ölkələrdə qalmaq tövsiyə edilib: “Çünki səfər zamanı yoluxma riski artır. Eyn zamanda, çoxsaylı təxliyə planları da həyata keçirilib. Təxliyə edilənlər arasında yaşlılar, azyaşlılar, xəstələr üstünlük təşkil edir. Hazırda 60 ölkədə azərbaycanlılar var, onlar geri qayıtmaq üçün müraciət ediblər. Rusiya, Türkiyə kimi ölkələrdən müraciətlər daha çoxdur”.
.
