İspaniyanın “Barselona” klubunun polyak mənşəli hücumçusu Robert Levandovski klubun bazası yaxınlığında avtoqraf verən zaman qarət olunub.

Futbolçu avtomobilinin pəncərəsindən avtoqraf paylayan zaman 2 qarətçi sərnişin yerinin qapısını açaraq futbolçunun qolundan 75 min avro dəyərində saatı oğurlayıb.

Qarətçiləri avtomobillə tətbiq etmək istəsə də, o, kiçik qəzaya düşüb. Amma Barselona polisi oğruları qısa zamanda saxlayaraq saatı Levandovskiyə geri qaytarıb.

.