Şirkətin kolbasa və sosikaları mənşəyi məlum olmayan ətlərdən hazırlanır

Azərbaycanda istehsal edilən kolbasaların və sosikaların yararsız keyfiyyəti barədə mətbuatda kifayyət qədər yazılıb. Lakin bunlara baxmayaraq bəzi sahibkarlar sanki millətə düşmən münasibəti ilə yanaşaraq əhəlini zəhərləməyədə davam edir. Söhbət belə kolbasa və sosika istehsalı ilə məşğul olan "Azərdad" MMC-nin məhsullarından gedir.
"XalqXəbər.az"a daxil olan məlumatlara görə, Azərbaycanda mal ətinin qiyməti baha olduğundan sözü gedən MMC kolbasa və sosikalarını istehsal prosesində mənşəyi məlum olmayan ətlərdən istifadə etməyə üstünlük verib.

"Azərdad" MMC-nin mənşəyi məlum olmayan "dadlı" kolbasaları

Azərbaycanda kolbasa məmulatlarının tərkibi naməlum olaraq qalır. "Azərdad" MMC-nin mənşəyi məlum olmayan ətlərdən hazırladığı kolbasa və sosikaları belə deməyə əsas verir. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, sözü gedən MMC istehsal etdiyi kolbasa və sosisin üstündə məmulatın tərkibində konkret nə qədər ət və yaxud ədviyyat olduğu barədə heç bir məlumat göstərmir. Bircə o yazılır ki, kolbasanın tərkibi mal və yaxud qoyun ətindəndir və yaxud hansı ədviyyat məhsulları vurulub. Əslində mal ətinin 1 kq-ı isə 9-10 manat arasında dəyişdiyi halda bazarda "Azərdad" MMC-nin kolbasa və sosilərini həddən artıq ucuz tapmaq mümkündür. Bu da onu göstərir ki, kolbasa istehsalında əti əvəz edən əlavələrdən geniş istifadə edilir. Kolbasa 95 faiz ətdən hazırlanmalı olduğu halda tərkibində zülal saxlayan məhsulların qatqısı ilə bu rəqəm 20 faizə endirilir. "Azərdad" MMC-nin istehsal etdiyi kolbasa və sosisin üzərində də məhsulun tərkibində konkret nə qədər ət və yaxud ədviyyat olduğu qeyd edilmir. Ət və kolbasanın qiymətləri arasındakı fərq də insanda kolbasanın tərkibi barədə şübhə yaratmaya bilmir. Onu da nəzərə almaq lazımdır ki, mal əti sümüklə birgə satılır. Kolbasa məmulatında isə sümükdən istifadə olunmur, üstəlik kolbasa məmulatına müxtəlif ədvalar vurulur, istehsal prosesindən keçir ki, bu da kolbasa məmulatının qiymətinin əslində nisbətən baha olmasını şərtləndirir. Bu barədə adının çəkilməsini istəməyən şəxsisn bildirdiyinə görə, "Azərdad" MMC-nin kolbasa və sosilərinə vurulan ət yerli məhsul deyil. Onun sözlərinə görə, yerli ət baha olduğuna görə, kolbasa istehsalında yerli məhsullardan istifadə MMC-yə sərf etmir. Odur ki, kolbasa istehsalında istifadə olunan ət Azərbaycana gətirilən, keyfiyyəti və təhlükəsizliyi təsdiqlənən xarici idxal məhsullarıdır. Belə məhsullardan biri də "Azərdad" MMC-nin Hindistandan gətirdiyi camış ətidir.

İnsanın ömrünü qısaldan şirkətin kimyəvi kolbasaları

Bundan əlavə mənbə bildirir ki, "Azərdad" kolbasa və sosilərini uzun müddət saxlamaq üçün tərkibinə xeyli sayda kimyəvi maddə qarışdırır. Kimyəvi maddə isə malın ömrünü uzatdığı kimi, insanın ömrünü qısaldır. ""Azərdad"ın kolbasalarına və sosilərinin tərkibinə müxtəlif inqridiyentlər qatılır. "Yeyinti məhsulları haqqında” qanuna zidd olaraq kolbasanın tərkibi haqqında məlumat qablaşdırmanın üzərində verilmir. Birmənalı şəkildə "Azərdad"ın kolbasalarının tərkibinə Hindistandan gətirilən ucuz ət vurulur. Düzdür, yoxlomalar aparılsa da MMC rəhbərlyi məsələni yoluna qoyub. Lakin həmin ətlər Bakıya çox ucuz qiymətə gəlib çıxır. Məndə olan məlumata görə, rayonlardan hətta MMC 10 ilə yaxındır ki, leş yığanlar tərəfindən üfunətli ətlər gətirilir. Lakin dövlət orqanları bunun qarşısının alınması üçün heç bir tədbir görmürlər".

Leşyığanlarla "Azərdad"ın şərikli biznesi

Leşyığanlar murdar olmuş ətin bir kiloqramını "Azərdad"a 50 qəpiyə satır. Həmin ətlər təşkil olunmuş şəkildə gətirilib şirkətin kolbasa sexlərinə verilir. Leş ətləri isə MMC-yə daha çox Muğan, Bərdə, Saatlı, Sabirabad, Masallı zonasından daxil olur. "Xəstə, ölmüş heyvanların realizə olunması halı daha çox bu bölgələrdən gəlir. Bu kimi mənbələrdən hazırlanaraq "Azərdad"ın məhsulları bazara ucuz çıxarılır. Digərləri ilə rəqabətdə qiymət üstünlüyünə malik olur və satılır. Halal adı ilə satılan kolbasaların tərkibinin yarısını isə soya komponenti təşkil edir ki, həmin məhsulun 90% genetik modifikasiya olunub. Hər nə gəldi necə gəldi kolbasalara qatılır”.
Qeyd edək ki, bir müddət əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən "Azərdad" MMC-nin "Halal" sosiskaları, "Halal" sardelkaları, bişmiş hind toyuğu, əla növ bişmiş "Halal həvəskar" kolbasaları, əla növ bişmiş "Halal pəhriz" kolbasalarının istehsalına və satışına qadağa qoyulmuşdu. Amma sonradan görünür "Azərdad" MMC məsələni yoluna qoyaraq toxunulmazlıq statusu qazana bilib.
.