Lerikdə üç uşaq anasını amansızcasına qətlə yetirən Murad Əsgərov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi din xadimi deyil.

Bunu QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Qəni Axundzadə deyib.

O qeyd edib ki, həmin şəxsin din xadimi olması ilə bağlı heç bir rəsmiləşmə olmayıb:

“Hər mollalıq edən şəxs din xadimi sayılmır”.

Qeyd edək ki, kəndin mollası M.Əsgərov Z.Fərziyevanın evdə tək olduğunu bilərək mənzilə daxil olub. Daha sonra o, qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırmağa başlayıb. M.Əsgərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək, onu qətlə yetirib.

M.Əsgərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, 3 uşaq anası olub.

.