Lerikdə mikroavtobus dərəyə aşıb, 6 nəfər xəsarət alıb.

Hadisə Lerik rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus idarəetməni itirərək dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 6 nəfəri Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. İlkin məlumata görə onlar Bakıdan Lerikə gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

.