Lənkəranda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 14:00 radələrində Ələt-Astara magistralının rayonun Digah kəndindən keçən hissəsində qeydə alınıb. Sürücülərinin kimliyi hələlik məlum olmayan "Ford” markalı, 10 VZ 539 dövlət nömrə nişanlı mikroavtobusun, "VAZ-2106” markalı, 42 BB 627 dövlət nömrə nişanlı və "Mercedes” markalı, 10 CL 221 dövlət nömrə nişanlı minik avtomobillərinin toqquşması nəticəsində həmin nəqliyyat vasitələrinin 1 kişi və 2 qadın sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar hadisə yerinə çağırılmış "Təcili yardım” maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
.
