Lənkəran şəhərinin mərkəzində axşam saatlarında uşaq geyimləri satılan mağaza yanıb. 

Hadisə "Qala Xiyabanı" küçəsi ilə Bala Məmməd küçəsinin kəsişməsində yerləşən,şəhər sakini Raqib Mehdiyevə məxsus ümumi sahəsi 60 kvadratmetr olan mağazada qeydə alınıb.Yanğının baş verdiyi yerə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Yanğın söndürülərək alovun digər mağazalara və obyektlərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində mağaza sahibinə xeyli miqdarda maddi ziyan dəyib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.


.