
Lənkəran ŞRPŞ-nin müstəntiqi Toğrul Hüseynovun bürosuna verdiyi məlumatına görə, aparılan axtarışlar zamanı evdən 34 qutuda 182 qram marixuana, 14 bükümdə 32 qram həşiş, 7 bükümdə və bir ədəd sellofan bükümdə 57 qram heroin, 150 qram çətənə bitkisinin toxumu, 1 ədəd elektron tərəzi, marixuana çəkmək üçün istifadə edilən "Belemorkanal” və "Vest” markalı siqaretlər, 10 ədəd şpiris və 10 ədəd distillə olunmuş su ampulası aşkar edilib.
Əməliyyat-axtarış tədbiri zamanı Davud Mustafayevin evindən həmçinin "iş başında” olan narkotik istifadəçiləri də saxlanılıb.
Saxlanılan şəxslərdən rayon sakinləri, 38 yaşlı, əvvəllər məhkum olunmuş İsfəndiyar Sabir oğlu Mustafayevdən 0,5 qram, 21 yaşlı Murad Famil oğlu Həbibovdan 0,1 qram heroin, 39 yaşlı Zülfüqar Adil oğlu Quliyevdən 0,1 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
.