Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə sentyabrın 10-da, saat 06.00 radələrində Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, VAZ-2106 və "Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və Təcili yardım briqadaları cəlb olunub.
Qəza nəticəsində ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Ölənlər – sürücü Bəxtiyar Quliyev, sərnişinlər Əzizə Quliyeva, Bahar Bağırova, Nazilə Seyfullayeva, ReyhanMahmudova (xəstəxanada dünyasını dəyişib).

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılar- Elşən Ağazadə, Akif Nuriyev, ElvinMirzəzadə.


.