Bu gecə saat 03.29-da Lənkəranda zəlzələ baş verib. Musavat.com AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkan Lənkərandan 18 km qərbdə qeydə alınıb. Zəlzələnin gücü 4,5 bal gücündə olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayiş məntəqələrində isə 3,4 bala qədər hiss olunub.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.
.